top of page

Aprel ayında bürcləri nələr gözləyir?

7 Apreldə Merkuri, 13 Apreldə isə Venera Balıq bürcündə düz hərəkətinə başlayır.

13 Aprel saat 03:21-də Tərəzi bürcündə, 23 dərəcədə bir Ay tutulması (Dolunay) baş verəcək. Tərəzi bürcündəki bu Dolunay, tarazlıq və harmoniya axtarışını ön plana çıxarır. Münasibətlərdə tarazlıq yaratmaq, ədalət axtarışı və əməkdaşlıqlar bu dövrün əsas mövzuları ola bilər.

13 Aprel saat 04:03-də Venera Balıq bürcündə düz hərəkətinə keçir. Bu dövr münasibətlərə dərin həssaslıq, empati və romantika gətirir. Özünü daha anlayışlı, fədakar və bağlı hiss edə bilərsən.

16 Aprel saat 09:26-da Merkuri Qoç bürcünə daxil olur. Ünsiyyətdə yeni bir cəsarət və birbaşa yanaşma dövrü başlayır. Fikirlərini açıq və qətiyyətli şəkildə ifadə edə biləcəksən.

18 Aprel saat 07:21-də Mars Şir bürcünə daxil olur. Bu dövr cəsarətini və yaradıcılığını ortaya qoymaq zamanıdır! 19 Aprel saat 22:57-də Günəş Buğa bürcünə daxil olur. Maddi və duyğusal mövzuların ön plana çıxacağı bu dövrdə, praktik yanaşma və səbirlə irəliləmə arzun artacaq. Qətiyyətli addımlar ataraq etibarlı təməl yarada bilərsən.

27 Aprel saat 22:30-da Buğa bürcündə, 7 dərəcədə Yeni Ay baş verəcək. Bu Yeni Ay, dözümlülük və səbri vurğulayır.

30 Aprel saat 20:16-da Venera Qoç bürcünə daxil olur. Münasibətlərdə yeni bir ehtiras və enerji səni gözləyir.


QOÇ BÜRCÜ

Əziz Qoçlar və yüksələn bürcü Qoç olanlar, 7 Apreldə Merkuri, 13 Apreldə isə Venera Balıq bürcündə düz hərəkətinə başlayır. Son bir neçə həftə ərzində qeyri-müəyyən qalan və ya daxilinizdə sual etdiyiniz məsələlər artıq aydınlaşmağa başlayacaq. Şüuraltınızda sizi narahat edən, nə etməli olduğunuzu müəyyən edə bilmədiyiniz mövzularda önəmli fərqindəliklər yaşaya bilərsiniz.

13 Apreldə Tərəzi bürcündə baş verəcək dolunay, münasibətlərinizdə qəti qərarlar verməyinizə səbəb olacaq. Əgər bir müddətdir münasibətiniz və ya ortaq işlərinizlə bağlı qeyri-müəyyənlik yaşayırsınızsa, bu dolunay hər şeyi ortaya çıxaracaq. BUĞA BÜRCÜ

7 Apreldə Merkuri, 13 Apreldə isə Venera Balıq bürcündə düz hərəkətinə başlayır. Son həftələrdə sosial çevrəniz, dost münasibətləriniz və gələcəklə bağlı hədəflərinizlə əlaqədar bəzi qeyri-müəyyənliklər yaşadıysanız, artıq qarşıdakı dövrdə daha aydın görə biləcəyiniz bir mərhələyə daxil olursunuz.

18 Apreldə Mars Şir bürcünə keçir və evinizlə bağlı münasibətlərdə daha fəal bir dövr başlayır. Ailə içi dinamikalarda hərəkətlilik və dəyişikliklər müşahidə edilə bilər. Bu müddətdə evlə bağlı görülməsi lazım olan işlər, köçmə və ya təmir kimi məsələlər ön plana çıxa bilər. Evinizlə əlaqədar böyük dəyişikliklər etmək istəyə bilərsiniz.

ƏKİZLƏR BÜRCÜ

Tərəzi bürcündə baş verəcək Dolunay, sevgi həyatınızı, yaradıcılığınızı və hobbilərinizi ön plana çıxarır. Əgər bir münasibətiniz varsa, bu dolunay münasibətinizdə bəzi məsələlərin aydınlaşmasına səbəb ola bilər. Partnyorunuzla aranızda danışılmalı olan mövzular varsa, artıq bu məsələləri açıq şəkildə müzakirə etməyin vaxtı gəlib. Emosional olaraq daha aydın olmalı və münasibətdən gözləntilərinizi açıq şəkildə ifadə etməlisiniz.

27 Apreldə Buğa bürcündə baş verəcək Yeni Ay, sizin üçün daxilə yönəlmə və ruhsal təmizlənmə dövrünü başlatır. 12-ci evdə baş verən bu Yeni Ay, daha çox fiziki dünyadan çox, şüuraltı, intuisiyalar və keçmişdə bağlanmamış məsələlərlə əlaqəlidir. Bu dövrdə özünüzlə baş-başa qalmaq, keçmişi bağlamaq və daxili sükunət tapmaq üçün əlverişli bir zamandır.

XƏRÇƏNG BÜRCÜ

Əziz Xərçənglər və yüksələn bürcü Xərçəng olanlar, zehni olaraq daha aydın və qətiyyətli hiss edəcəyiniz bir dövrə daxil olursunuz. 7 Apreldə Merkuri, 13 Apreldə isə Venera Balıq bürcündə düz hərəkətə keçir və xüsusilə təhsil, səyahət, akademik məsələlər, hüquqi işlər və xarici ölkələrlə bağlı planlarınızda canlanma baş verir.

30 Apreldə Veneranın Qoç bürcünə keçidi, karyeranız və cəmiyyət içindəki statusunuzla bağlı mühüm fürsətləri özü ilə gətirə bilər. 10-cu evinizdə irəliləyən Venera, iş həyatınızda daha çox görünür olmağınıza, rəhbər şəxslər tərəfindən fərq edilməyinizə və gördüyünüz işlərin dəyərinin tanınmasına səbəb ola bilər. Bu dövrdə nüfuzunuzu artıracaq imkanlarla qarşılaşa bilərsiniz.

ŞİR BÜRCÜ

Əziz Şirlər və yüksələn bürcü Şir olanlar, maddi məsələlər və dərin emosional bağlarla bağlı aydınlaşma dövrünə daxil olursunuz. 7 Apreldə Merkuri, 13 Apreldə isə Veneranın Balıq bürcündə düz hərəkətə keçməsi ilə, xüsusilə ortaq maliyyə, kredit, miras, sığorta, aliment və ya həyat yoldaşınızın və ailənizin gəliri ilə bağlı qeyri-müəyyənliklər sona çatır.

13 Apreldə baş verəcək Tərəzi Dolunayı, xüsusilə ünsiyyət, bacılar, qardaşlar, yaxın dostlar və qısa müddətli planlarınızı ön plana çıxarır. Əgər gündəminizdə bir müqavilə, razılaşma və ya önəmli bir söhbət varsa, bu həftə bu məsələlərdə aydınlıqlar yaşaya bilərsiniz. Uzun müddətdir təxirə saldığınız bir qərar artıq özü-özlüyündə yetişə bilər və hərəkətə keçmək vaxtı gələ bilər.

QIZ BÜRCÜ

Əziz Qızlar və yüksələn bürcü Qız olanlar, münasibətlər və ortaq işlərlə bağlı mövzular bu dövrdə ön plana çıxır. 7 Apreldə Merkuri, 13 Apreldə isə Veneranın Balıq bürcündə düz hərəkətə keçməsi ilə, son həftələrdə yaşanan qeyri-müəyyənliklər tədricən aydınlaşmağa başlayır. Əgər bir münasibət içindəsinizsə, gələcəyə dair qərarlar almaq gündəminizə gələ bilər.

18 Apreldə Marsın Şir bürcünə keçidi ilə, gizli istəklərinizin və daxili gücünüzün fərqinə vara bilərsiniz. 12-ci evdə hərəkət edən Mars, sizin üçün xüsusilə şüuraltı çalışmalar, mənəvi axtarışlar və keçmişi sağaltmaq üçün imkanlar yaradacaq. Bu dövrdə, özünüzlə bağlı dərin bir daxili səyahətə çıxmaq arzusu oyana bilər və keçmişdə qalmış travmalardan və ya həll olunmamış məsələlərdən azad olmaq üçün güclü bir daxili enerji hiss edə bilərsiniz.

TƏRƏZİ BÜRCÜ

Əziz Tərəzilər və yüksələn bürcü Tərəzi olanlar, bu həftə iş, sağlamlıq və gündəlik rutinlərlə bağlı məsələlərdə aydınlıq və irəliləyiş dövrünə girirsiniz. 7 Apreldə Merkuri, 13 Apreldə isə Veneranın Balıq bürcündə düz hərəkətə keçməsi ilə, son vaxtlar qeyri-müəyyən olan iş və sağlamlıq sahələrində mühüm inkişaflar baş verə bilər.

27 Apreldə Buğa bürcündə baş verəcək Yeni Ay, maddi resurslarınızla bağlı əhəmiyyətli dəyişikliklərə zəmin hazırlayacaq. Bu Yeni Ay, başqalarına aid maliyyə vəsaitlərini necə idarə etdiyiniz və maddi müstəqilliyinizi necə təmin etdiyiniz mövzusunda sizdə fərqindəlik yaradacaq. Xüsusilə ortaq gəlirlər, borclar və ya hər hansı bir mirasla bağlı mövzularda yeni bir səhifə açmanız lazım ola bilər.

ƏQRƏB BÜRCÜ

Əziz Əqrəblər və yüksələn bürcü Əqrəb olanlar, bu həftə sevgi həyatınız və yaradıcı layihələrinizlə bağlı önəmli bir aydınlanma dövrünə daxil olursunuz. 7 Apreldə Merkuri, 13 Apreldə isə Veneranın Balıq bürcündə düz hərəkətə keçməsi ilə, sevgi münasibətləriniz və özünüzü ifadə etmə tərzinizlə bağlı daha çox aydınlıq əldə edəcəksiniz.

13 Apreldə baş verəcək Tərəzi bürcündəki Dolunay, şüuraltınız, ruhani və gizli məsələlərlə bağlı əhəmiyyətli bir fərqindəlik yaradacaq. Bu Dolunay sizi emosional dərinliklərə çəkə bilər, keçmişlə üzləşməyinizə və kölgədə qalan mövzuları işıqlandırmağınıza səbəb ola bilər.

OXATAN BÜRCÜ

Əziz Oxatanlar və yüksələn bürcü Oxatan olanlar, bu həftə ev və ailə ilə bağlı önəmli inkişaflar gündəmdə olacaq. 7 Apreldə Merkuri və 13 Apreldə Venera Balıq bürcündə düz hərəkətə keçdikdə, ailədaxili münasibətlərdə aydınlaşmalar başlayacaq və evlə bağlı qərarlar daha açıq şəkildə verilə biləcək.

13 Apreldə Tərəzi bürcündə baş verəcək Dolunay, sosial çevrəniz, dostlarınız və cəmiyyətlə olan əlaqələrinizdə böyük bir dönüşüm dövrünü başlada bilər. Bu Dolunay, ətrafınızdakı insanlarla olan münasibətlərinizi yenidən nəzərdən keçirməniz üçün sizi hərəkətə keçirəcək. Əgər sosial çevrənizdə bəzi insanlar və ya qruplar artıq sizə uyğun deyilsə, bu həftə axtardığınız dəstəyi tapmaq üçün bəzi şəxslərlə yollarınızı ayıra bilərsiniz.

OĞLAQ BÜRCÜ

Əziz Oğlaqlar və yüksələn bürcü Oğlaq olanlar, 7 Apreldə Merkuri və 13 Apreldə Veneranın Balıq bürcündə düz hərəkətə keçməsi ilə, keçmişdə yarım qalan söhbətlər, anlaşmazlıqlar və ya planlar artıq daha asan şəkildə həll oluna bilər.

16 Apreldə Merkuri Koç bürcünə keçərkən, ev daxilindəki ünsiyyət və ailə münasibətlərinizdə sürətli bir dövr başlayacaq. Bu həftə, evdə və ya ailənizlə bağlı məsələlərdə sürətli düşüncələr və qərarlılıq ön planda ola bilər. Ev daxilindəki düzeni və əlaqələrinizi yenidən qurmaq istəyiniz artacaq.

Marsın Aslan bürcünə keçişi, maliyyə resursları və ortaq işlərlə bağlı güclü bir dövrə girəcəyinizi göstərir. Bu dövr, maddi və mənəvi paylaşımlarla bağlı cəsur bir yanaşma nümayiş etdirməyinizə səbəb ola bilər. Ortaklıqlar, işbirlikləri və ya miras kimi məsələlər gündəminizdə ola bilər.

DOLÇA BURCU

Əziz Dolçalar və yüksələn burcu Dolça olanlar, maliyyə vəziyyətiniz və şəxsi dəyərlərinizlə bağlı aydınlaşmalar yaşana bilər. 7 Apreldə Merkuri və 13 Apreldə Venera'nın Balıq bürcündə düz hərəkətə keçməsi ilə maddi mövzulardakı əvvəlki qeyri-müəyyənliklər aradan qalxa bilər. Əgər bir müddətdir maliyyə məsələləri ilə bağlı qərarsızsınızsa və ya maliyyə planlaması etməmisinizsə, indi bu mövzulara fokuslanmaq zamanıdır. 19 Apreldə Günəşin Buğa bürcünə keçməsi, ev və ailə həyatınızda daha diqqətli və qətiyyətli bir yanaşma sərgiləmənizə səbəb olacaq. Bu dövr evinizin və ailə bağlarınızın önəm qazandığı bir mərhələ olacaq.

BALIQ BURCU

Əziz Balıqlar və yüksələn burcu Balıq olanlar, özünüzü ifadə etməyiniz və ətrafınızda təsir buraxmağınız baxımından önəmli bir həftəyə daxil olursunuz. 7 Apreldə Merkuri və 13 Apreldə Veneranın Balıq bürcündə düz hərəkətə keçməsi ilə şəxsi imicinizlə bağlı uzun zamandır düşündüyünüz dəyişiklikləri həyata keçirə, özünüzü daha inamlı və qətiyyətli şəkildə ifadə edə bilərsiniz.

27 Apreldə Buğa bürcündə baş verəcək yeni ay isə sizin üçün zehni fəaliyyətlərinizi, ünsiyyət və öyrənmə proseslərinizi yenidən formalaşdırmaq imkanı yaradır. Bu dövrdə daha əvvəl düşündüyünüz, lakin bir cür həyata keçirə bilmədiyiniz ideyalarınızı konkretləşdirmək üçün mükəmməl bir zaman olacaq. Yeni ayın təsiri ilə yaradıcılığınızı və yenilikçi fikirlərinizi daha aydın ifadə edib, başqalarına çatdıra bilərsiniz.

 
 
 

Comments


bottom of page